Azedu.az

Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başladı

AzEdu Təhsil Platforması

3 Oktyabr 2026, 10:40
Ödənişsiz süni intellekt təhsilinə qeydiyyat başladı

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin   “Rəqəmsal İstedadlar” layihəsi çərçivəsində “Code Academy” ilə birgə həyata keçirilən 3 dərəcəli “ Süni intellekt əsaslı təhsil proqramı”na qeydiyyat başlayıb. 

"Azərbaycan müəllimi" xəbər verir ki, 405 nəfər bu imkandan yararlana biləcək. 

Hazırda hər 3 dərəcə üzrə qeydiyyat açıqdır: 

I dərəcə təhsil modeli – Süni intellekt savadlılığı 

Bu tədris modeli süni intellekt üzrə baza bilikləri qazandırır, Sİ alətlərindən gündəlik fəaliyyətdə və tədrisdə düzgün istifadə bacarıqlarını formalaşdırır.   

II dərəcə təhsil modeli – Praktiki İKT bacarıqları 

Bu tədris modeli süni intellekt əsaslı proqramlaşdırma, kibertəhlükəsizlik və data analitikası üzrə praktiki bacarıqların inkişafını və əmək bazarına hazırlığı təmin edir. 

 III dərəcə təhsil modeli – İxtisaslaşmış təlim proqramları 

Bu tədris modeli DevOps, zərərli proqramların təhlili və risklərin idarə edilməsi üzrə ixtisaslaşmış bilik və praktiki bacarıqları dərinləşdirir. 

Təlim formatı: Yalnız regionlar üçün nəzərdə tutulan “Süni İntellekt biliyi əsasları” qruplarında təlimlər onlayn keçiriləcək. Digər proqramlarda təlimlər oflayn formatda təşkil olunacaq. 

I dərəcə təhsil modeli: “Müəllimlər üçün süni intellekt” proqramı üçün müəllimlik və ya pedaqoji fəaliyyət təcrübəsi tələb olunur. Digər I dərəcə proqramları üçün ön şərt yoxdur. 

II dərəcə təhsil modeli: İKT, riyaziyyat və mühəndislik ixtisasları üzrə sonuncu kurs tələbələri və məzunları üçün nəzərdə tutulub. 

III dərəcə təhsil modeli : Müvafiq İKT sahəsində minimum 1 il iş təcrübəsi və ya uyğun peşəkar sertifikat tələb olunur. 

Son müraciət tarixi: 11 oktyabr 

Müraciət linki

Rus ordusunda PANİKA BAŞLADI - Əsgərlərdən kütləvi etiraz
Son xəbərlərDaha çox