Bu gün ali təhsil müəssisələrinin magistraturaya qəbulda esse üzrə nəticələri açıqlanıb.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, nəticələrə əsasən ölkə birincisi Cəmilə Yusifovadır. Belə ki, o, essedən də tam bal- 5 bal alaraq 98.5 toplayıb.
BANM-in İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olunan Cəmilə Prezident təqaüdünə layiq görülən tələbədir.
Gələcəkdə təhsilini öz ixtisası üzrə davam etdirməyi və xaricdə magistratura təhsili almağı hədəfləyir.
Qeyd edək ki, Cəmilə Yusifova magistraturaya qəbul imtahanının ikinci cəhdində test mərhələsində 93,5 bal toplayaraq respublika birincisi olub.