17 iyundan etibarən ölkə üzrə növbəti sertifikasiya prosesi keçiriləcək.
Bu mərhələdə ilk dəfə olaraq tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənlərini tədris edən müəllimlər də sertifikasiya imtahanına cəlb olunacaqlar.
Təsviri incəsənət müəllimləri isə imtahanlarını 18 iyun tarixində verəcəklər.
İlk dəfə sertifikasiyada iştirak edəcək müəllimləri ən çox maraqlandıran məsələlərdən biri imtahanın sual formatı və ümumi quruluşudur.
Müəllimlər xüsusilə sualların hansı mövzuları əhatə edəcəyi, test tapşırıqlarının çətinlik səviyyəsi, kurikulum və metodika bölmələri üzrə bölgü, eləcə də qiymətləndirmə meyarları barədə məlumat almağa çalışırlar.
Prosesə ilk dəfə qoşulan müəllimlər arasında imtahan modelinə dair öncədən məlumat əldə etmək istəyənlərin sayı da kifayət qədər çoxdur.
AzEdu.az-a Azərbaycan Respublikasının Təhsil İnstitutundan (ARTİ) verilən məlumata əsasən, təsviri incəsənət fənni üzrə təhsilverənlərin sertifikatlaşdırılması üçün qiymətləndirmə çərçivəsi təkmilləşdirilib. Qeyd olunub ki, çərçivədə yer alan bölmələr və həmin bölmələr üzrə mövzular dəqiq şəkildə müəyyən edilib.
Test nümunələri:










