Azedu.az

Rusiyada bir sıra məktəblər distant təhsilə keçəcək

Orta təhsil

18 May 2026, 12:13
Rusiyada bir sıra məktəblər distant təhsilə keçəcək

Voronejdə (Rusiya) bir neçə məktəb Kominternovski rayonunda su kəmərində baş vermiş qəza səbəbindən distant təhsil rejiminə keçəcək. Uşaq bağçaları fəaliyyət göstərməyəcək.

AzEdu.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə şəhər meri Sergey Petrin bildirib.

"Suyu kəsilən məktəblər bu gün distant rejimdə, bağçalar isə istirahət günü rejimində fəaliyyət göstərəcək. Siyahını təhsil və gənclər siyasəti idarəsi tərtib edir", - o deyib.

Bu, Voronejin Kominternovski rayonunda son iki həftə ərzində su kəmərində baş verən ikinci sızmadır. Əvvəlki qəza Antonov-Ovseyenko küçəsində baş vermiş və 250-dən çox evi əhatə etmişdi. Boru kəmərindəki bugünkü qırılma 280 çoxmənzilli və 3,5 minə yaxın fərdi evin sakinlərinə soyuq suyun verilməsində fasilələrə səbəb olub.

Bakıya qarşı MÜHARİBƏ ELANI - Putin agenturanı hərəkətə keçirdi
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox