Azedu.az

Məktəblərdə Burka və niqab qadağan ediləcək

Orta təhsil

21 Sentyabr 2026, 09:46
Məktəblərdə Burka və niqab qadağan ediləcək

İtaliya hökuməti bir sinifdə xarici şagirdlərin sayını məhdudlaşdıracaq və məktəblərdə burka və niqab taxılmasını qadağan edəcək qanun layihəsi hazırlayır.

AzEdu.az "Reuters"ə istinadən xəbər verir ki, bunu İtaliyanın Baş naziri Corcia Meloni açıqlayıb.

Onun sözlərinə görə, müvafiq qanun layihəsinin yaxın vaxtlarda Nazirlər Şurasının iclasına təqdim edilməsi planlaşdırılır. Sənəddə, həmçinin İtaliyanın məktəb sisteminə inteqrasiya ilə bağlı ciddi çətinlik yaşayan xarici şagirdlərin valideynlərinin italyan dilini məcburi öyrənməsi nəzərdə tutulacaq.

"Yaxın vaxtlarda Nazirlər Kabinetinin iclasında bir sinifdə xarici şagirdlərin maksimum sayını qanunla müəyyənləşdirəcək qanun layihəsi təqdim olunacaq. Həmçinin məktəb sisteminə inteqrasiya ilə bağlı ciddi çətinlik yaşayan xarici şagirdlərin valideynlərindən italyan dilini öyrənmək tələb olunacaq və məktəblərdə burka və niqab taxılması qadağan ediləcək", - deyə o bildirib.

O, bu təşəbbüsün italyan dilini bilməyən uşaqların səmərəli inteqrasiyasını təmin etmək zərurətindən irəli gəldiyini bildirib. Onun sözlərinə görə, belə şagirdlərin sayı az olduqda onlar sinif yoldaşlarının və müəllimlərin köməyi ilə dili tez mənimsəyə bilirlər. Eyni zamanda, italyan dilini anlamayan uşaqların sayının çox olması tədris prosesini və inteqrasiyanı çətinləşdirə bilər.

Məlumata görə, İtaliya vətəndaşlığı olmayan şagirdlər ölkədəki bütün məktəblilərin 11.6 faizini təşkil edir.

Meloni ayrıca məktəblərdə üzü tamamilə örtən geyimlərin, xüsusilə burka və niqabın qadağan edilməsinin vacibliyini bildirib. O vurğulayıb ki, İtaliya məktəblərində şagirdlər üzü açıq şəkildə olmalıdırlar.

Azərbaycanla Türkiyə Xəzərdə hərəkətə keçdi - Rusiyaya kritik mesaj
Son xəbərlərDaha çox