Azedu.az

Məktəb dərsləri 35 dəqiqəyə endirilə BİLƏR

Orta təhsil

26 Sentyabr 2026, 16:55
Məktəb dərsləri 35 dəqiqəyə endirilə BİLƏR

Ukraynada məktəblərdə dərslərin müddəti təhlükəsizlik və təşkilati şəraitdən asılı olaraq qısaldıla bilər.

AzEdu.az-ın xarici mediadan əldə etdiyi məlumata görə, Ukrayna Təhsil və Elm Nazirliyi təhsil müəssisələrinə dərslərin müddətini mövcud şəraitə uyğun müəyyənləşdirmək imkanı verib.

Qərara əsasən, zərurət yarandıqda standart 45 dəqiqəlik dərslərin müddəti 40 və ya 35 dəqiqəyə qədər azaldıla bilər.

Nazirliyin bu yanaşması, xüsusilə müharibə şəraitində fəaliyyət göstərən məktəblərdə tədris prosesinin təhlükəsiz və fasiləsiz təşkilinə yönəlib.Dərslərin müddətinin qısaldılması məktəblərin təhlükəsizlik vəziyyəti, şagirdlərin və əməkdaşların təxliyəsi, sığınacaqlardan istifadə və digər təşkilati amillər nəzərə alınmaqla həyata keçirilə bilər.

Beləliklə, Ukraynada məktəblərə tədris prosesini yerli şəraitə uyğunlaşdırmaq üçün əlavə çeviklik yaradılıb.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox