Azedu.az

Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

AzEdu Təhsil Platforması

16 İyun 2026, 09:40
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA

Azərbaycanın əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 9:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Qusarda 30, Şabranda 28, Kişçayda (Şəki) 22, Oğuzda 15, Quba, Sarıbaşda (Qax) 14, Xızı, Gədəbəydə 10, Şamaxıda 7, Qobustanda 6, Göyçay, Lerik, Xaltan, Şahbuzda 5, Qəbələdə 4, Astara, Zaqatalada 3, Şahdağda 2, Daşkəsən, Qax, İsmayıllı, Kürdəmir, Sabirabad, Biləsuvar, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1 mm-dir.

Bu ölkələrin ordusu Ermənistana girdi - Dəhşətli savaş hazırlığı...
Son xəbərlərDaha çox