Mayın 24-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Belə ki, sosial şəbəkələrdə nəticələrin müxtəlif tarixdə açıqlanacağı ilə bağlı fikirlər səsləndirilir.
Maraqlıdır, nəticələr nə zaman açıqlana bilər?
AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin növbəti həftə ərzində elan olunması nəzərdə tutulur.