Azedu.az

Harvardda oxuyan, Eynşteyn səviyyəsində olan, 7 dil bilən ulduz futbolçular

Maraqlı

Hadisə

16 İyun 2026, 08:21
Harvardda oxuyan, Eynşteyn səviyyəsində olan, 7 dil bilən ulduz futbolçular

Bütün dünyanın diqqəti artıq bir neçə gündür ki, start götürən futbol üzrə dünya çempionatınadır. 3 ölkənin (ABŞ, Kanada və Meksika) ev sahibliyi etdiyi mundial bir sıra ilklərə imza atmaqla, dünya ictimaiyyətini özünə daha da çox cəlb edib. 

Dünya  futbol tarixində elələri də olub ki, onları təkcə yaşıl meydanlarda top qovmaqla kifayətlənməmiş, həmçinin, bu oyunu təhsili amili ilə də əlaqələndirməyi bacarıblar.  Tarixdə peşəkar futbolçu karyerası ilə paralel şəkildə təhsilini inkişaf etdirən örnək futbolçular da var. Bir neçə gün bundan əvvəl "Real Madrid" futbol klubunun oyunçusu Komavinqanın Dünya Çempionatı üçün müəyyənləşdirilmiş heyətə düşə bilməyəndən sonra demotivasiya olunmaması, tez bir zamanda nəhəg Harvard Universitetinin sıralarına qoşulması xəbəri buna bariz nümunədir. O çoxsaylı suallara cavab olaraq "futbol müvəqqəti, təhsil isə əbədi investisiyadır" cavabını vermişdi. 

Dünya futbolunda zaman-zaman bu cür qərarları verən başqa ulduz furbolçular da olub.

AzEdu.az təqdim edəcəyi yazıda onlardan yanlız bir neçə nəfərini təqdim edəcək:

“Çelsi”  futbol klubunun sabiq futbolçusu və baş məşqçisi, bir zamanların məşhur ulduzu Frenk Lempard ən yüksək IQ göstəricisi olan insanları bir araya gətirən “Mensa” birliyi tərəfindən edilən testə görə 150 IQ balının sahibidir.

(Nəzərə alaq ki, Eynşteynin IQ səviyyəsi 160 olub) O prestijli təhsil ocaqlarından hesab olunan Brentvud Məktəbini (Brentwood College School) çox yüksək ortalama balla bitirib. Buna görə də komanda yoldaşları Lempardı “professor” adlandırırdı.

Bir başqa “professor” ləqəbli futbol adamı isə “Arsenal”ın əfsanəvi baş məşqçisi Arsen Vengerdir. Futbolçu keçmişi çox parlaq olmasa da, gənc ulduzları kəşf etməsi ilə ad qazanmış Venger Strasburq Universitetinin “İqtisadiyyat” fakültəsinin məzunudur. Arsen Venger eyni zamanda 7 fərqli dildə danışa bilir.

Adını antik dövr yunan filosofunun adından götürmüş, dünya və Braziliya tarixinin ən böyük futbolçularından hesab olunan Sokrates adaşı kimi olmasa da, o da ətrafı üçün filosof sayılıb. Siyasətdə də nüfuz qazanmış Sokrates fəlsəfə doktoru elmi dərəcəsinin sahibi idi.

Xorvatiya millisinin kapitanı olmuş, hazırda fəaliyyətini məşqçi kimi davam etdirən Slaven Biliç hüquq fakültəsi məzunudur. Xorvat, ingilis, alman və italyan dillərini bilir.

“Mançester Yunayted” klubununun sabiq fubolçusu  Xuan Mata Madridin Kamilo Xose Selo Universiteti “Jurnalistika” fakültəsinin məzunudur.

Hamının məhz “Barselona”lı kimi tanıdığı, sabiq futbolçu Cerard Pike isə dünya nəhənglərindən sayılan  Harvard Universitetində təhsil alıb.  Bir zamanların məşhur futbolçuçu Harvard Universitetində magistr dərəcəsi alıb.

Bu ölkələrin ordusu Ermənistana girdi - Dəhşətli savaş hazırlığı...
Son xəbərlərDaha çox