Azedu.az

LDU-nun Elmi şurasında yeni islahatlar müzakirə olunub

AzEdu Təhsil Platforması

8 Oktyabr 2026, 14:32
LDU-nun Elmi şurasında yeni islahatlar müzakirə olunub

Lənkəran Dövlət Universitetinin (LDU) Elmi şurasının 2026/2027-ci tədris ilində növbəti iclası keçirilib. İclası giriş sözü ilə açan universitetin rektoru, professor Natiq İbrahimov gündəlikdəki məsələləri diqqətə çatdırıb.

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib. Bildirilib ki, gündəliyə uyğun olaraq ilk öncə “2026/2027-ci tədris ilinin I semestrində tədrisin gedişi və kollokviumlara hazırlığın vəziyyəti” barədə tədris məsələləri üzrə prorektor vəzifəsini icra edən dosent Zaur Məmmədovun hesabatı dinlənilib. Məruzədə dərslərin keyfiyyəti, tələbələrin davamiyyəti, eləcə də kollokviumların şəffaf və mütəşəkkil təşkili üçün görülən işlər əksini tapıb.

Dosent Z.Məmmədov həmçinin universitetin gələcək hədəflərinə toxunaraq “2027/2028-ci tədris ilinin Tələbə Qəbulu Planı” layihəsini təqdim edib. Regional əmək bazarının tələblərinə uyğun yeni ixtisasların açılmasını və plan yerlərinin optimallaşdırılmasını nəzərdə tutan layihə, geniş müzakirədən sonra Elm və Təhsil Nazirliyinə göndərilmək üçün təsdiqlənib.

İclasın əsas mövzularından biri də idarəetmə strukturunun təkmilləşdirilməsi olub. Baş elmi katib, dosent Allahşükür Quliyevin “Universitetin strukturunda dəyişikliklər edilməsi haqqında” məruzəsi ətrafında geniş diskussiya aparılıb, elm və tədris potensialının artırılmasına yönəlmiş islahat təklifləri qiymətləndirilib.

İclas cari məsələlərin baxılması və müvafiq qərarların qəbul edilməsi ilə yekunlaşıb.

Rusiya yenə vəhşicəsinə hücum etdi - Xeyli sayda ö*lü -
Son xəbərlərDaha çox