Azedu.az

Azərbaycanda tələbələrin sayı 273 mini keçdi

AzEdu Təhsil Platforması

8 Oktyabr 2026, 11:11
Azərbaycanda tələbələrin sayı 273 mini keçdi

Azərbaycanda 2025/2026-cı tədris ilində təhsil alanların ümumi sayı 2 milyon 102,2 min nəfər təşkil edib.

AzEdu.az  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  2015/2016-cı tədris ilində ölkədə 1 milyon 775,1 min nəfər təhsil alıb. Bu göstərici 2020/2021-ci ildə 2 milyon 78,4 minə, 2023/2024-cü ildə 2 milyon 113 minə yüksəlib. 2024/2025-ci ildə isə 2 milyon 105 min nəfər olub.

2025/2026-cı tədris ilində təhsil alanların 1 milyon 675,3 mini ümumi təhsil müəssisələrinin payına düşüb. Bu rəqəm 2015/2016-cı ildə 1 milyon 356,1 min nəfər olub.

Orta ixtisas təhsili müəssisələrində təhsil alanların sayı 2015/2016-cı ildə 56,5 min nəfər olduğu halda, 2025/2026-cı ildə 66,1 min nəfərə çatıb.

Ən nəzərəçarpan artım ali təhsil müəssisələri və doktoranturada qeydə alınıb. 2015/2016-cı ildə bu pillədə 168 min nəfər təhsil aldığı halda, 2020/2021-ci ildə onların sayı 207,6 minə, 2023/2024-cü ildə 242,3 minə, 2024/2025-ci ildə 258,6 minə, 2025/2026-cı ildə isə 273,4 min nəfərə yüksəlib.

Beləliklə, son 10 ildə Azərbaycanda ali təhsil və doktorantura səviyyəsində təhsil alanların sayı 105,4 min nəfər artıb.

TƏCİLİ! Hazırlıqlar başladı - İran hər an bombalana bilər
Son xəbərlərDaha çox