Azedu.az

Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək

Məktəblər

12 May 2026, 17:56
Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək

16 may 2026-cı il tarixində Beynəlxalq Coğrafiya Olimpiadasına seçim imtahanı keçiriləcək.

AzEdu.az xəbər verir ki, imtahan saat 09:00–12:00 aralığında Təhsil Texnologiyaları Mərkəzində (Fətəli xan Xoyski küçəsi, 109) keçiriləcək.

– İmtahan başlamazdan ən azı 15 dəqiqə əvvəl ünvanda olmaq lazımdır.
– Şəxsiyyəti təsdiq edən sənəd gətirilməlidir. Şəkilsiz sənəd olduqda məktəbdən möhürlü arayış tələb olunur; möhür şəklin üzərinə düşməlidir.
– İmtahana rəngli karandaşlar, göy diyircəkli qələm, silgi, sadə qara karandaş, xətkeş, pərgar və izahsız ikidilli lüğət gətirmək tövsiyə olunur.
– Suallar ingilis dilində, beynəlxalq coğrafiya kurikulumu əsasında yazılı və qapalı formada olacaq. Cavablar yalnız ingilis dilində qəbul edilir.
– Seçim imtahanı üçün RFO coğrafiya qalibləri və IGeO hazırlıq dərslərinin iştirakçıları müraciət edə bilərlər.

SON DƏQİQƏ! Rusiyada dəhşətli atışma - Yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox