Azedu.az

Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB

Dövlət İmtahan Mərkəzi

16 İyun 2026, 11:39
Bu gün II və III qrupların nəticələri bilinəcək? - DİM-dən CAVAB

24 may tarixində keçirilən II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanından həftələr keçməsinə baxmayaraq nəticələr hələ də açıqlanmayıb.

İmtahan iştirakçıları isə kütləvi şəkildə nəticələrin nə zaman açıqlanacağı ilə bağlı suallar ünvanlayırlar.

Abituriyentlər arasında narahatlıq artıb və sosial şəbəkələrdə nəticələrin bu gün elan ediləcəyi ilə bağlı müxtəlif məlumatlar və iddialar yayılıb.

Bəs, görəsən, nəticələr bu gün açıqlana bilərmi?

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən (DİM) əldə etdiyi məlumata görə, II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur:

"Nəticələr hazır olan kimi elan olunur. Dəqiq vaxt demək mümkün deyil", - deyə mərkəzdən qeyd edilib.

Rus ordusu dəhşətli itkilər verdi - Ukrayna bu yerləri azad etdi
Son xəbərlərDaha çox