Azedu.az

Jurnalistlər universitetlərin ən operativ mətbuat nümayəndələrini seçdi - SORĞU

AzEdu Təhsil Platforması

12 İyun 2026, 11:31
Jurnalistlər universitetlərin ən operativ mətbuat nümayəndələrini seçdi - SORĞU

AzEdu.az media nümayəndələri arasında ali təhsil müəssisələrinin mətbuat katibləri ilə bağlı sorğu keçirib.

Belə ki, bu dəfə jurnalistlər universitetlərdə çalışana operativ və sürətli fəaliyyət göstərən mətbuat katiblərindən danışdılar.

AzEdu.az Təhsil Portalının müxbiri Məltəm Anar bildirib ki, fəaliyyət göstərdiyi sayt sırf təhsillə bağlı olduğuna görə digər jurnalistlərə nisbətən ali təhsil müəssisələri ilə daha çox ünsiyyətdə olurlar və onlara davamlı sorğular ünvanlayırlar:

184969

"İlk növbədə, müraciətlərimizi cavablandıran hər bir ali təhsil müəssisəsinin mətbuat katibinə təşəkkür edirəm. Lakin sorğularımıza hər zaman aktiv və operativ reaksiya verən, bizimlə yaxından əməkdaşlıq edən bir neçə mətbuat katibini xüsusilə vurğulamaq istərdim. Onlardan Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mətbuat katibi Taleh Mirzəyev, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Elnarə Məmmədova, Mingəçevir Dövlət Universitetinin (MDU) İş dünyası və məzunlarla əlaqə şöbəsinin müdir müavini  Qurban Qurbanzadə, Azərbaycan Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lalə Dilanova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) PR və Media bölməsinin rəhbəri Nicat Abdullayev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən Elnur Hacıyev hər zaman müraciətlərimizə operativ yanaşaraq bizə dəstək olublar.

Gərək ki, adını çəkmədiyi mətbuat katibləri bu qeydimə görə məndən inciməsinlər. Əlbəttə, onların da iş yükünün çox olduğunu və bəzən sorğuları vaxtında cavablandıra bilmədiklərini anlayırıq. Fikrimcə, onlar təmsil etdikləri ali təhsil müəssisəsinin simasıdırlar və bu səbəbdən də media ilə münasibətlərdə daha operativ olmalıdırlar".

Media.az saytının müxbiri Mələk Novruzova bildirib ki, universitetlər arasında ən operativ cavab verənlərdən biri AzMİU-dan Nicat Abdullayevdir:

184970

"Açığı, təhsildən o qədər də işləmirəm, amma deyə bilərəm ki, AZMİU-dan Nicat bəy həmişə sorğulara operativ cavab verir".

Report.az-ın müxbiri Şəfiqə Nazimqızı qeyd edib ki, mətbuat xidmətlərinin rəhbərlərinin operativliyi və çevikliyi yalnız təmsil etdikləri təhsil ocağının məlumatlarını mediaya ötürməkdən ibarət olmamalıdır:

184974

"Jurnalistlərin sorğu və suallarına vaxtında cavab verməlidirlər. Bəzi mətbuat xidmətləri yalnız öz xəbərlərinin dərcinə maraqlı olduqda operativ olurlar. Ancaq sözün həqiqi mənasında çevik olanlar da var. Bunlar Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva, AZMİU-nun mətbuat xidmətinin rəhbəri Nicat Abdullayev və Azərbaycan Texniki Universitetinin mətbuat xidmətinin rəhbəri Sevinc İsgəndərovadır".

Bizim.Media.az-ın müxbiri Nəzrin Mirzəyeva qeyd edib ki, operativ hesab etdiyi və media ilə qarşılıqlı fəaliyyətindən razı olduğu bir neçə universitet əməkdaşı var:

184980

"Onlar sırasında AzMİU-nun mətbuat katibi Nicat Abdullayev, ADPU-nun mətbuat katibi Taleh Mirzəyev, ADNSU-nun mətbuat xidmətinin əməkdaşı Elnur Hacıyev və AzTU-nun mətbuat katibi Sevinc İsgəndərova var. Bu şəxslərə sorğu ünvanladığım zaman cavabı ən qısa zamanda, ətraflı şəkildə ala bilirəm”.

Modern.az-ın müxbiri Arifə Kərimzadə bildirib ki, universitetlərin mətbuat katiblərinin jurnalistlərə doğru və dolğun məlumat vermək kimi xüsusi öhdəlikləri var:

184973

“Mən də digər həmkarlarımız kimi zaman-zaman təhsil sahəsində müxtəlif mövzularda materiallar hazırlayıram. Universitetlərin mətbuat katiblərinin jurnalistlərə doğru və dolğun məlumat vermək kimi xüsusi öhdəlikləri var. Bəziləri bunu bacarsa da, təəssüf ki, bir çox mətbuat katibi həm universitetin reputasiyasını qorumağa, həm də obyektiv mövqe sərgiləməyə çətinlik çəkir.

Bu baxımdan örnək mətbuat katibləri arasında UNEC-dən Elnarə xanım, Azərbaycan Diplomatiya Akademiyasından Samirə xanım, Bakı Dövlət Universitetindən Kəmalə xanım və AzMİU-dan Nicat Abdullayevi göstərə bilərəm".

Redaktor.az saytının müxbiri Nuriyyə Musayeva isə əlavə edib:

184978

"Bildiyimiz kimi, işimizlə əlaqədar olaraq zaman-zaman universitetlərin mətbuat katiblərinə müraciət edirik. Mənim fikrimcə, ən operativ və çevik mətbuat katiblərindən biri Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (AZMİU) məsul əməkdaşı Nicat Abdullayevdir. İndiyədək ünvanladığım bütün sorğuları vaxtında və dolğun şəkildə cavablandırıb".

Trend İnformasiya Agentliyinin müxbiri Fəridə Məmmədova isə bildirib ki, BDU-nun mətbuat katibi Kəmalə xanım çox operativdir:

184977

"UNEC-dən Səmayə xanım, Qarabağ Universitetindən Günel xanım da sorğu və müraciətlərə həmişə operativ reaksiya verirlər. Tibb Universitetinin keçmiş mətbuat katibi Günel Aslanova da həmişə mənə sürətli və operativ cavab təqdim edib".

Milli.az-ın müxbiri Mina Mikayılova sorğularında aktiv iştirak etməyən mətbuat nümayəndəsindən də söz açıb:

184981

"Mən bütün universitetlərlə əlaqə saxlamadığım üçün hamısı haqqında fikir bildirə bilmərəm, amma sorğu ünvanladığım ali təhsil müəssisələri arasında Bakı Slavyan Universiteti göndərdiyim sorğulara təəssüf ki, cavab verilməyib.

Sorğularıma ən operativ və dolğun cavab isə Bakı Dövlət Universiteti tərəfindən verilib. Universitetin mətbuat katibi Kəmalə Quliyeva ünvanladığım sorğulara anında cavab verməklə yanaşı, dolğun və ətraflı məlumat göndərib. Yəni cavablar bir-iki cümlə ilə məhdudlaşmayıb. Bundan başqa, Azərbaycan Dövlət İqtisad Universitetindən də sorğularıma operativ şəkildə cavab verilib".

APA informasiya agentliyinin jurnalisti Gülcahan İmanqızı deyib ki, universitetlərin mətbuat katibləri ilə apardığı danışıqlar nəticəsində sorğularına operativ şəkildə, elə həmin gün cavab alıb:

184983

"Sorğularım əsasən Bakı Dövlət Universiteti və Azərbaycan Tibb Universitetinə ünvanlanıb. Müraciətlərimin cavablandırılmasında hər hansı gecikmə və ya çətinliklə qarşılaşmamışam".

TƏCİLİ! İrandan ABŞ-yə AĞIR ZƏRBƏ - Qırıcılar məhv edildi!
Son xəbərlərDaha çox