https://modern.az/ #
2023-03-24 09:40:00
Yaponiyada 5,4 bal gücündə zəlzələ oldu

Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

 

Zəlzələnin episentri Honsü adasında yerləşən, təxminən 428 min nəfər əhalisi olan Yokosuka şəhərindən 621 km cənub-şərqdə yerləşib. Zəlzələ 60 km dərinlikdə baş verib.

 

Dağıntı və ya sunami təhlükəsi barədə məlumat verilməyib.