Azedu.az

Azərbaycan “WorldSkills Shanghai 2026”da 3 mükafat qazanıb

AzEdu Təhsil Platforması

30 Sentyabr 2026, 15:10
Azərbaycan “WorldSkills Shanghai 2026”da 3 mükafat qazanıb

Azərbaycan komandası Çinin Şanxay şəhərində keçirilən “WorldSkills Shanghai 2026” – 48-ci Dünya Bacarıqlar Yarışında 3 mükafata layiq görülüb.

Bu barədə AzEdu.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, kibertəhlükəsizlik bacarığı üzrə yarışan Əli Məhərrəmli və Yusif Kazımlı 702 bal toplayaraq “Medal of Excellence” mükafatına layiq görülüblər.

“Elektronika” bacarığı üzrə yarışan Orxan Mustafayev isə “Best of Nation” medalına layiq görülüb. Zarina Təhməzova “Best CCD – Medal of Excellence” mükafatını qazanıb.

Qeyd edilib ki, sentyabrın 22-dən 27-dək keçirilən yarışda 70 ölkə və regiondan 1 400-dən çox iştirakçı 64 bacarıq üzrə mübarizə aparıb. Azərbaycan yarışda 7 bacarıq istiqaməti üzrə təmsil olunub.

Bildirilib ki, bu nəticə Azərbaycanın “WorldSkills” tarixində ikinci “Medal of Excellence” uğurudur. Azərbaycan daha əvvəl 2022-ci ildə aşpazlıq bacarığı üzrə bu mükafata layiq görülüb.

Putin Azərbaycanlılara niyə qadağa qoydu? - Səbəblər bəlli oldu
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox