Azedu.az

Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat

Dövlət İmtahan Mərkəzi

30 Sentyabr 2026, 11:18
Uşaqlar üçün ingilis dili imtahanına qeydiyyat

İmtahanda iştirak etmək üçün son qeydiyyat tarixi 27 oktyabr 2026-cı ildir. İmtahan 12 dekabrda keçiriləcək.

AzEdu.az xəbər ki, bu kvalifikasiyalar azyaşlıları (6-12 yaş) ingilis dilini öyrənməyə həvəsləndirmək məqsədilə xüsusi hazırlanıb. Hər bir imtahan iştirakçısına Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumu tərəfindən beynəlxalq səviyyədə tanınan sertifikat təqdim olunur.

Xatırladaq ki, DİM Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzlərindən biri olaraq Cambridge English Qualifications (Kembric ingilis dili kvalifikasiyaları), Cambridge English Teaching (Kembric ingilis dilinin tədrisi) imtahanlarını təşkil edir.

İmtahana qeydiyyat üçün bu linkə daxil ola bilərsiniz.

İmtahana gələn namizədlər mütləq şəkildə Confirmation of Entry (CoE) sənədini ([email protected] ünvanından göndərilir), rəngli karandaşları, pozanı, yonanı və etiketsiz suyu özləri ilə gətirməlidirlər.

Namizədlərin sayının 5 nəfərdən az olması halında imtahanın keçirilməsi nəzərdə tutulmur!

Ətraflı məlumat üçün [email protected] poçt ünvanına müraciət edə bilərsiniz.

TƏCİLİ! İranda qarşıdurma başladı - Silahlar işə düşdü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox