Azedu.az

PMS imtahanının I mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi

24 Sentyabr 2026, 09:37
PMS imtahanının I mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 27 sentyabr 2026-cı il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçiriləcək.

AzEdu.az xəbər verir ki, imtahana qeydiyyat DİM-in saytı vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 668 (KOSS – 69, MHBS - 416, İSMUBS - 183) nəfər müraciət edib.

İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusu və Naxçıvan şəhərində 4 nömrəli orta məktəbdə kompüterlər vasitəsilə keçiriləcək.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçənlər imtahanın demo versiyası ilə aşağıdakı keçiddə tanış ola bilərlər:

//portal.dim.gov.az/pmsDemo/

İmtahan saat 10:00 və  16:00-da başlanır. Müavfiq olaraq saat 09:45 və 15:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar. İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, pozan, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.

İmtahanın davametmə müddəti 3 saatdır və namizədlərə 40 test tapşırığı təqdim edilir. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in saytına daxil olaraq  "Aktual elektron imtahanlara qeydiyyat və buraxılış vərəqələrinin çapı" xidməti vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni əldə edə bilərlər. İmtahan iştirakçıları “Yaddaş kitabçası” ilə buradan tanış ola bilərlər.

Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

-  imtahana buraxılış vərəqəsi.

İmtahanın keçirilməsi üçün 6 zal admini, 42 nəzarətçi, 6 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox