Azedu.az

Sertifikasiya müsahibəsinin uğurlu iştirakçısı: "Səbirsizliklə gözləyirdim, çünki..."   

AzEdu Təhsil Platforması

21 Sentyabr 2026, 17:22
Sertifikasiya müsahibəsinin uğurlu iştirakçısı: "Səbirsizliklə gözləyirdim, çünki..."   

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə start verilib. Artıq test mərhələsində uğurlu nəticə göstərən müəllimlər növbəti mərhələdə öz pedaqoji və metodik bacarıqlarını nümayiş etdirirlər. Onlardan biri də Şamaxı rayonunun Meysəri kənd tam orta məktəbində tarix müəllimi Ötkəm Bağırovdur.

Belə ki, Ötkəm Bağırov 2025-2026-cı tədris ili üzrə sertifikasiya imtahanında 54 bal toplayıb və bu gün müsahibə mərhələsində iştirak edib. 

O, müsahibə mərhələsinin necə keçdiyindən danışıb:

"Artıq 9-cu ildirdir ki, Meysəri kənd tam orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərirəm.

Sertifikasiyanın test mərhələsindən 52 bal toplamışdım. Sonradan tarix suallarında qarışıqlıq olduğu üçün bəzi müəllimlərin xeyrinə bal hesablanaraq sonradan 2 bal əlavə olundu.  

Müsahibə mərhələsi də uğurlu keçdi. Hər şey qaydasında idi. İcmalı soruşdular, dinlədilər. Əlavə suallar verdilər təlim nəticələri ilə, meyarlarla bağlı. Güman edirəm ki, 30 baldan çox nəticə əldə edəcəm.  

Sertifikasiyanın keçirilməsinə tam müsbət yanaşıram və dəstəkləyirəm. Çünki sertifikasiyanın keçirilməsi müəllimlərin bu neçə ildə hansı savada malik olduğunu göstərdi. Həm həvəsləndirmə, maaşlara olan əlavələr həqiqətən müsbət tərəfləridir. Amma əvvəldən bir az haqsızlıq oldu ki, tarixi gec sertifikasiya elədilər.  Mən istəyərdim ki, sertifikasiyanın ilk illərindən imtahanda iştirak edim. Çünki, bu imtahanda iştirak etməyi səbirsizliklə gözləyirdim.  Nəticəm də yaxşı oldu, özümə güvənirdim.  Ümumilikdə isə sertifikasiya mərhələsindən çox razıyam".

Türkiyə raketlərlə vurulacaq! - Şok xəbərdarlıq edildi
Son xəbərlərDaha çox