Azedu.az

Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir

AzEdu Təhsil Platforması

24 Sentyabr 2026, 10:15
Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir

Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar Bakı metropolitenində iş qrafiki dəyişdiriləcək.

AzEdu.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, sentyabrın 24-dən 26-dək 3 stansiya - "İçərişəhər", "Sahil" və "28 May" gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Ayın 24-dən 25-nə və 25-dən 26-na keçən gecə qeyd edilən 3 stansiya saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

"Yaşıl" və "Bənövşəyi xət"lər üzrə hərəkət ənənəvi qaydada təşkil ediləcək, həmçinin "Qırmızı xət"tin digər stansiyaları saat 00:00-da bağlanacaq.

Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox