Yeni tədris ili artıq başlayıb. Bu dövr həm də təhsil sahəsində bir sıra vacib məsələləri gündəmə gətirir. Tədris ilinin ilk günlərində qarşıya çıxan çətinliklər isə şagird, tələbə, müəllim və valideynlərin gündəlik fəaliyyətinə təsirsiz ötüşmür.
Bəs yeni tədris ilinin ilk günlərində üzləşdiyiniz ən ciddi problem hansıdır?
AzEdu.az mövzu ilə bağlı oxucular arasında sorğu keçirir.
Sorğuda iştirak etmək istəyən oxucular AzEdu.az Təhsil Portalının əsas səhifəsinə daxil olub (kompüterdə sağ alt küncdə, mobil cihazlarda isə saytın aşağı hissəsində yerləşən sorğu panelində) müvafiq suala cavab verərək “Səs ver” düyməsini sıxa bilərlər.
CAVABLAR:
Təhsil xərclərinin artması və onun ailə büdcəsinə təsiri;
Uzun tıxac və ictimai nəqliyyat problemi;
Təhsil müəssisələrindəki təhlükəsizlik problemi;
Sinif (auditoriya) çatışmazlığı, şagird və tələbə sıxlığı;
Məktəbli forması və dərslik problemi;
Oxuduğum təhsil müəssisəsindəki şəraitsizlik və resurs çatışmazlığı;
Yeni tədris ilinə adaptasiya oluna bilməmək, psixoloji gərginlik;
Tədris proqramındakı pərakəndəlik və tədrisin təşkilindəki boşluqlar;
Oxuduğum məktəbin (universitet, kollec və s.) yeni təhsil mövsümünə tam hazır olmaması;
Şagird (tələbə) davranışlarındakı ciddi pozuntular;