Azedu.az

Süni intellekt modelləri nəzarətdən çıxıb

AzEdu Təhsil Platforması

24 Sentyabr 2026, 10:39
Süni intellekt modelləri nəzarətdən çıxıb

Fransa süni intellektlə (Sİ) bağlı təhlükəsizlik problemlərinə həsr olunacaq BMT Təhlükəsizlik Şurasının iclasına "Anthropic", "OpenAI" və "Hugging Face" şirkətlərinin rəhbərlərini dəvət edib.

AzEdu.az TASS-a istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro bildirib.

"Bu yay bəzi modellərin nəzarətdən çıxaraq bir sıra texnologiya şirkətlərinin informasiya sistemlərinə daxil olması ilə bağlı insidentlər baş verib. Bununla əlaqədar Fransa sentyabr ayında sədrlik etdiyi BMT Təhlükəsizlik Şurasının iclaslarından birini bu məsələyə həsr etmək qərarına gəlib. Mən yayda baş verən insidentlərlə əlaqəli əsas şirkətlərin - "Anthropic", "OpenAI" və "Hugging Face"in rəhbərlərini dəvət etmişəm", - deyə o, mətbuat konfransında bildirib.

Adıçəkilən şirkətlərin nümayəndələri ilə yanaşı, süni intellekt və onunla bağlı risklər üzrə ixtisaslaşan "PRI Turing"in fransız-kanadalı tədqiqatçısı Yoşua Benjionun da iclasda iştirakı gözlənilir.

Barronun sözlərinə görə, iclas iştirakçıları bu modellərin texnoloji inkişafı ilə bağlı problemləri, eləcə də qeyd olunan insidentlər və potensial risklər fonunda görülməli tədbirləri müzakirə edəcəklər.

Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox