Azedu.az

Sertifikasiya müsahibəsində uğur sirri - "Gündə 1-2 saat hazırlıq bəs edir"

Sertifikasiya

23 Sentyabr 2026, 11:22
Sertifikasiya müsahibəsində uğur sirri - "Gündə 1-2 saat hazırlıq bəs edir"

Müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə start verilib. Artıq test mərhələsində uğurlu nəticə göstərən müəllimlər növbəti mərhələdə öz pedaqoji və metodik bacarıqlarını nümayiş etdirirlər. Onlardan biri də Şirvan şəhər Məftun Orucov adına 20 nömrəli tam orta məktəbinin texnologiya müəllimi İlahə Şükürovadır.

Belə ki, 2025-2026-cı tədris ili üzrə sertifikasiya imtahanında 55 bal toplayıb və bu gün müsahibə mərhələsində iştirak edib. 

Müsahibimiz qeyd edib ki, sertifikasiyaya başlanğıcda müəllimlər tərəfindən bir qədər yadlaşma və tərəddüd olsa da, sistem artıq öz qaydasına düşüb:

"İlk dəfə 2018-ci ildə Saatlı rayonunun Qaranuru kənd ümumi orta məktəbində pedaqoji fəaliyyətə başlamışam. Daha sonra 2019-cu ildə müəllimlərin işə qəbulu (MİQ) imtahanında yenidən iştirak edərək Şirvan şəhər Məftun Orucov adına 20 nömrəli tam orta məktəbə qəbul olunmuşam.

Sertifikasiya imtahanının test mərhələsində 55 bal toplamışam. Müsahibə mərhələsində isə suallar əsasən metodika, dərsin təşkili, mərhələləri, refleksiya, təlim nəticələri və qiymətləndirmə növləri ilə bağlı idi. Müsahibə zamanı özümüzü təqdim etdik, eyni zamanda iş təcrübəmiz və fəaliyyətimiz haqqında ətraflı məlumat verdik.
Sertifikasiyaya hazırlıq mərhələsinə gəlincə, imtahana təxminən 15-20 gün qalmış materialları göz gəzdirməyə, oxumağa başladım. İşimizlə bilavasitə bağlı olduğuna görə elə də böyük çətinlik yaşamadım.

Ödənişli hazırlıq kurslarına qoşulmamışam, çünki  məktəb işləri səbəbindən vaxt imkanı məhdud idi. Bununla belə, kurikulum hazırlığı üçün onlayn dəstək almışam. İxtisas hissəsinə isə gündəlik 1-2 saat vaxt ayıraraq müəllim yoldaşlarımızla müzakirə şəklində, testlər və sual-cavablar edərək hazırlaşmışıq. Düşünürəm ki, istənilən vasitə və dəstəkdən asılı olmayaraq, ilk növbədə məsuliyyət insanın öz daxilindən gəlməlidir.

Ümumiyyətlə, sertifikasiya prosesinə münasibətim çox müsbətdir. Düşünülmüş və müəllimlərin xeyrinə olan bir addımdır. Hər bir müəllim öz üzərində çalışır, yeni biliklər əldə edir. Məsələn, kurikulum daim inkişaf edən bir sahədir və bu proses sayəsində biz də yeniliklərdən xəbərdar oluruq. Başlanğıcda müəllimlər tərəfindən bir qədər yadlaşma və tərəddüd olsa da, sistem artıq öz qaydasına düşüb. Müsahibə nəticəsi kimi isə 30-40 arası bal toplayacağımı gözləyirəm".

Ərdoğan ABŞ-də meydan oxudu - Dözməyib zaldan qaçdılar
Son xəbərlərDaha çox