Azedu.az

SDU-da TKTA nümayəndələri ilə görüş keçirilib

Ali təhsil

30 Sentyabr 2026, 11:47
SDU-da TKTA nümayəndələri ilə görüş keçirilib

Sentyabrın 29-da Sumqayıt Dövlət Universitetində (SDU) Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri və struktur bölmə rəhbərləri ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə SDU-nun rektoru, professor Nurəli Yusifbəyli, TKTA İdarə Heyətinin sədri Tural Əhmədov, Agentliyin struktur bölmə rəhbərləri, fakültə dekanları, professor-müəllim heyəti və inzibati struktur bölmələrin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rektor, professor Nurəli Yusifbəyli TKTA nümayəndələrini salamlayaraq universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, institusional inkişafın təmin olunması və idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Rektor universitetin cari tədris ili üzrə əldə etdiyi nəticələrdən, institusional inkişaf istiqamətində görülən işlərdən və beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Qarşıdakı dövr üçün müəyyənləşdirilən prioritetlərə toxunan professor Nurəli Yusifbəyli yeni hədəflərin formalaşdırılması və onların ardıcıl şəkildə icrasının vacibliyini vurğulayıb.

Universitetin Strateji İnkişaf Planının (SİP) icrasına diqqət çəkən rektor nəzərdə tutulan fəaliyyət istiqamətlərinin keyfiyyət təminatı prinsiplərinə uyğun həyata keçirildiyini bildirib. O, təhsil proqramlarının əmək bazarının tələblərinə uyğunlaşdırılmasının, proqramların hazırlanması və yenilənməsi prosesində əmək bazarının gözləntilərinin nəzərə alınmasının vacibliyini qeyd edib.

Professor Nurəli Yusifbəyli bu istiqamətdə TKTA-nın metodiki dəstəyinin və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. O, əmək bazarının tələblərinə cavab verən praktik yönümlü tədris yanaşmalarının gücləndirilməsinin və tələbələrdə nəzəri biliklərlə yanaşı, praktik bacarıqların formalaşdırılmasının mühüm olduğunu bildirib.
TKTA İdarə Heyətinin sədri Tural Əhmədov çıxışında ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinin və universitetlərdə keyfiyyət təminatı sistemlərinin institusional əsasda inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Tural Əhmədov SDU-nun keyfiyyət təminatı istiqamətində həyata keçirdiyi tədbirləri müsbət qiymətləndirərək, universitetin TKTA-nın müvafiq tələblərinə uyğun atdığı addımlardan məmnunluğunu ifadə edib. O, ali təhsil müəssisələrində davamlı inkişafın təmin olunmasında özünütəhlil və özünütəkmilləşdirmə mexanizmlərinin mühüm rol oynadığını qeyd edib.

Görüşdə SDU ilə TKTA arasında əməkdaşlığın inkişaf etdirilməsi, akkreditasiya prosesinin təhsil proqramlarının keyfiyyətinin davamlı yaxşılaşdırılmasındakı rolu, daxili keyfiyyət təminatı sisteminin səmərəliliyinin artırılması və özünütəhlil mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Sonda TKTA İdarə Heyətinin sədri Tural Əhmədov tərəfindən Sumqayıt Dövlət Universitetinin İnstitusional Akkreditasiya şəhadətnaməsi universitetin rektoru, professor Nurəli Yusifbəyliyə təqdim edilib.

TƏCİLİ! İranda qarşıdurma başladı - Silahlar işə düşdü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox