Azedu.az

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

AzEdu Təhsil Platforması

30 Sentyabr 2026, 09:54
Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Sentyabrın 30-u saat 9:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən məlumata görə, ölkə ərazisində hava şəraiti yağıntılı keçib, şimşək çaxıb, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Qusarda 26, Qubada 21, Lerikdə 8, Kürdəmir, Qəbələ, Sədərək, Zaqatala, Ağdamda 6, Gədəbəy, Sarıbaş (Qax), Yardımlı, Göyçay, Şuşa eyni zamanda Bakıda və Abşeron yarımadasında 5, Lənkəran, Zərdab, Oğuz, Şəki, Xaltan, Göygöl, Daşkəsən, Füzulidə 4, İsmayıllı, Şahdağ, Tovuzda 3, Astara, Biləsuvar, Mingəçevir, Şabran, Şahbuzda 2, Xızı, Beyləqan, Sabirabad, İmişli, Tərtər, Bərdə, Yevlax, Gəncə, Naftalan, Ordubad, Culfa, Naxçıvan, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Zəngilanda 1 mm-dək qeydə alınıb.

TƏCİLİ! İranda qarşıdurma başladı - Silahlar işə düşdü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox