Azedu.az

DİM-də hakimliyə namizədlərlə yazılı imtahan keçirilib

Dövlət İmtahan Mərkəzi

26 Sentyabr 2026, 16:34
DİM-də hakimliyə namizədlərlə yazılı imtahan keçirilib

Bu gün Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda hakimliyə namizədlərlə yazılı imtahan keçirilib.

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.

İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 4 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Yazılı imtahanda test mərhələsindən 60 və daha artıq bal toplamış 167 namizəd iştirak edib.

Namizədlər hüquqi kazusları həll etmək bacarıqlarını nümayiş etdiriblər.

Nəticələr yazı işləri yoxlanıldıqdan sonra Hakimlərin Seçki Komitəsi tərəfindən elan olunacaqdır.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox