Azedu.az

Kolleclərdə boş qalan plan yerlərinə bu qədər ərizə verilib- STATİSTİKA

Dövlət İmtahan Mərkəzi

25 Sentyabr 2026, 12:01
Kolleclərdə boş qalan plan yerlərinə bu qədər ərizə verilib- STATİSTİKA

Kolleclərdə boş qalan plan yerlərinə 1398 elektron ərizə verilib.

AzEdu.az-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata əsasən, 2026/2027-ci tədris ili üçün tam orta (11 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi üzrə bu saata olan (12:00) elektron ərizələrin sayı açıqlanıb.

Məlumata görə, bu saata olan məlumata əsasən, ümumilikdə 1398 elektron ərizə verilib. Onlardan 1257-si Azərbaycan bölməsi, 141-i isə rus bölməsi üzrə qeydə alınıb.

Qeyd edək ki, ixtisas seçimi 27 sentyabr saat 23:59-dək davam edəcək.

Rusiyadan ultimatum - Paşinyan qorxudan geri addım atdı
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox