Azedu.az

Formula 1-lə əlaqədar əhaliyə müraciət etdi

AzEdu Təhsil Platforması

24 Sentyabr 2026, 17:53
Formula 1-lə əlaqədar əhaliyə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) Formula 1 Azəbaycan Qran-Prisi ilə əlaqədar əhaliyə müraciət ünvanlayıb.

DİN-in mətbuat xidmətindən AzEdu.az-a verilən məlumata görə, Bakı şəhərində keçirilən yarışla əlaqədar məhdudiyyət tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücülərin və piyadaların mənzilbaşına təhlükəsiz çatmalarını, nəqliyyatın hərəkətinin fasiləsizliyini, eləcə də yarışın keçirildiyi ərazidə, “Fan” zonalarda təhlükəsizliyi təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Sürücülərdən və paytaxt sakinlərindən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələri, polis əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələri, səyahətlərini məhdudiyyət tətbiq olunmuş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmaları tövsiyə edilir.

 

TƏCİLİ! Xəzərdə faciə - Hərbçilər ö*ldü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox