Azedu.az

“Yüksəliş” qalibi Qarabağ Universitetində - Yüksək vəzifəyə təyinat

Ali təhsil

25 Sentyabr 2026, 09:50
“Yüksəliş” qalibi Qarabağ Universitetində - Yüksək vəzifəyə təyinat

Bakı Ali Neft Məktəbinin məzunu İnsafəli Səmədov Qarabağ Universitetində vəzifəyə təyin olunub.

Bu barədə AzEdu.az-a BANM-dən məlumat verilib.

Bildirilib ki, İ.Səmədov rektor Şahin Bayramovun müvafiq əmri ilə Qarabağ Universitetinin "Beynəlxalq əməkdaşlıq və layihələrlə iş" şöbəsinə müdir təyin edilib.

O, 2012-ci ildə 619 balla Bakı Ali Neft Məktəbinin "Kimya mühəndisliyi" ixtisasına daxil olub.

Məzun olduqdan sonra təhsil idarəçiliyi, biznes təlimçiliyi, beynəlxalq layihələr, konsaltinq və digər sahələrdə müxtəlif rəhbər vəzifələrdə çalışıb,  4-cü “Yüksəliş” müsabiqəsinin qalibidir.

Mentorları elm və təhsil naziri Emin Əmrullayev, gənclər və idman naziri Fərid Qayıbov və Milli Məclisin deputatı Şahin Seyidzadədir. 

Rusiyadan ultimatum - Paşinyan qorxudan geri addım atdı
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox