Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesi üzrə sənədlərin yoxlanılması mərhələsinə başlanılır.
AzEdu.az xəbər verir ki, iş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.
Bildirilib ki, sentyabrın 28-29-da keçiriləcək sənəd yoxlanılması mərhələsində 288 müəllimin iştirakı nəzərdə tutulur.
Müəllimlər şəxsi səhifələrinə daxil olaraq sənədlərin yoxlanılması mərhələsi ilə bağlı məlumatlarla tanış ola bilərlər.