Azedu.az

Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradıldı

Elmi institut və təşkilatlar

24 Sentyabr 2026, 13:19
Ləğv edilən İnstitutun tələbələri ilə bağlı komissiya yaradıldı

Naxçıvan Müəllimlər İnstutunun Naxçıvan Dövlət Universitetinə birləşdirilməsi ilə bağlı hökumət müvafiq qərar verib. Hazırda Elm və Təhsil Nazirliyində müəyyən prosedurların həyata keçirilməsi üçün müvafiq komissiya yaradılıb.

AzEdu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib.

Rektor bildirib ki, yaxın günlərdə komissiyanın fəaliyyəti ilə bağlı məlumatlar mətbuata açıqlanacaq:

"Burada tələbələrin və müəllimlərin taleyi ilə bağlı heç bir sual yoxdur. Oradakı ixtisasların hamısı Naxçıvan Dövlət Universitetinin ixtisaslarına uyğundur. Tələbələr öz ixtisasları üzrə təhsillərini davam etdirəcəklər və Naxçıvan Dövlət Universitetinin diplomunu alacaqlar".

Milyonlarla azərbaycanlını təhlükə gözləyir - Bakı nə edəcək?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox