Azedu.az

Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək

Elmi institut və təşkilatlar

2 Aprel 2026, 17:42
Elmi-tədqiqatlar bal sistemiylə qiymətləndiriləcək

Hazırda elmi-tədqiqatlara görə fəaliyyətin qiymətləndirilməsinin müxtəlif indikatorlar və nominasiyalar üzrə bal sistemi əsasında dəyərləndirilməsinə keçid üçün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) hazırlıq işlərinə başlanıb.

AzEdu.az xəbər verir ki, bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın Rəyasət Heyətində keçirilən müşavirədə məlumat verib.

Bu mexanizmin növbəti ildən etibarən tətbiq edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran İsa Həbibbəyli vurğulayıb ki, alimlərin çoxşaxəli fəaliyyətinin yeni dəyərləndirmə modeli ilə müəyyənləşdirilməsi elmi-tədqiqatların real qiymətləndirilməsinə öz töhfəsini verəcək.

O həmçinin xatırladıb ki, AMEA-da uzun illər ərzində elmi fəaliyyətin qiymətləndirilməsi plan işlərinin icrası əsasında aparılıb.

Müşavirədə alim əməyinin yeni metodlarla qiymətləndirilməsi meyarlarının Rəyasət Heyətinin, institutların Elmi şuralarının iclaslarında və digər növbəti mərhələlərdə də müzakirəyə çıxarılması qərara alınıb.

Rusiyada DƏHŞƏTLİ OLAY - Çoxlu Ö"LÜ və yaralılar var
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox