Bakıda keçirilən ölkə birinciliyi və çempionatında Göygöl rayon İrəvan İdman Mərkəzinin idmançısı uğurla çıxışı edib.
AzEdu.az xəbər verir ki, 30 kiloqram çəki dərəcəsində mübarizə aparan Dərya Hüseynova bütün rəqiblərinə qalib gələrək qızıl medala və Azərbaycan çempionu adına layiq görülüb.
Xatırladaq ki, Dərya Hüseynova 44 günlük Vətən müharibəsində Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Elbrus Hüseynovun qızıdır.