Azedu.az

Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Hadisə

30 Sentyabr 2026, 14:42
Fransada etirazlar zamanı onlarla tələbə yaralanıb

Fransada məktəblərin vəziyyəti, resurs çatışmazlığı və imtahanların yaratdığı streslə əlaqədar tələbələrin davam edən nümayişləri fonunda onlarla tələbə və təhsil işçisi yaralanıb.

AzEdu.az-ın "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, Fransanın təhsil naziri Eduard Jeffrey etirazlar başlayandan bəri 76 tələbə və təhsil işçisinin xəsarət aldığını bildirib.

Nümayişlər ötən həftə başlayıb.

Tələbə etirazları Fransa hökumətinin 2027-ci il üçün sərt büdcə layihəsi hazırlaması fonunda keçirilir.

Etirazçılar siniflərin həddindən artıq yükləndiyini və müəllim çatışmazlığının olduğunu bildirirlər. Hökumət nümayişləri məsuliyyətsizlik adlandırsa da, orta məktəblərdə problemlərin olduğunu və onların həllinin zəruriliyini etiraf edib.

Daha əvvəl Fransa polisi yuxarı sinif şagirdlərinin ölkə məktəbləri qarşısında keçirdikləri etiraz aksiyaları zamanı 440 nəfəri saxlayıb.

Putin Azərbaycanlılara niyə qadağa qoydu? - Səbəblər bəlli oldu
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox