Azedu.az

Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!

AzEdu Təhsil Platforması

30 Sentyabr 2026, 14:18
Biologiya fənni üzrə seçim imtahanı keçiriləcək!

Oktyabrın 4-də Təhsil Texnologiyaları Mərkəzində biologiya fənni üzrə seçim imtahanı təşkil olunacaq.

AzEdu.az xəbər verir ki, seçim imtahanına ötən tədris ilində biologiya fənni üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsində iştirak etmiş şagirdlər buraxılacaqlar.

İmtahan saat 10:00-da başlayacaq və 3 saat davam edəcək.

İştirakçıların ən azı 30 dəqiqə əvvəl imtahan mərkəzində olmaları xahiş olunur.

Şagirdlər imtahana gələrkən şəxsiyyət vəsiqəsi və kalkulyator gətirməlidirlər.

İmtahanın nəticələri əsasında biologiya fənni üzrə növbəti hazırlıq və seçim mərhələlərinə cəlb olunacaq şagirdlər müəyyənləşdiriləcək.

Putin Azərbaycanlılara niyə qadağa qoydu? - Səbəblər bəlli oldu
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox