Azedu.az

Akademiyanın müəllimi vəfat edib

Müəllimlər və elm adamları

30 Sentyabr 2026, 14:30
Akademiyanın müəllimi vəfat edib

Azərbaycan Rəssamlıq Akademiyasının “Rəsm” kafedrasının baş müəllimi, rəssam Əkrəm Tağıyev 77 yaşında vəfat edib.

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası məlumat yayıb.

Qeyd edək ki, Əkrəm Tağıyev Xalq rəssamı Tağı Tağıyevin oğludur. O, 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rəsm” kafedrasında, 2003-cü ildən isə Azərbaycan Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətini davam etdirib.

Rəssamın əsərlərində mənzərə, portret və natürmort janrlarına geniş yer verilib. “Abşeron”, “Dəniz mənzərəsi”, “Dəniz və qadın”, “Güzgü qarşısında”, “Xəzri”, “Qobustan daşları”, “Avtoportret”, “Bakı gecəsi” kimi əsərləri onun yaradıcılıq irsinin mühüm nümunələrindəndir.

 

Putin Azərbaycanlılara niyə qadağa qoydu? - Səbəblər bəlli oldu
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox