Naxçıvan Dövlət Universitetində (NDU) uzun illər elmi-pedaqoji fəaliyyət göstərmiş kimya elmləri namizədi, dosent, Əməkdar müəllim Zərifə Əli qızı Nəcəfova vəfat edib.
AzEdu.az xəbər verir ki, o, 91 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Z.Nəcəfova 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirib. Nəcəfova Naxçıvan Dövlət Pedaqoji İnstitutunda, daha sonra Naxçıvan Dövlət Universitetində müəllim, kafedra müdiri və prorektor vəzifələrində çalışıb.
2009-cu ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə ona "Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı verilib.
