Azedu.az

Tələbə kreditində ən böyük göstərici bu universitetin payına düşüb

Ali təhsil

25 Sentyabr 2026, 14:27
Tələbə kreditində ən böyük göstərici bu universitetin payına düşüb

2026/2027-ci tədris ilində TTK üzrə ən çox müraciət UNEC-dən olub

AzEdu.az-ın Təhsil Tələbə Krediti Fondundan əldə etdiyi məlumata əsasən, TTK-dan yararlanmaq üçün ən çox tələbə Azərbaycan Dövlət İqtisad Universitetidən müraciət edib. UNEC üzrə bu göstərici 452 nəfər olub.
Siyahıda Bakı Slavyan Universiteti 290 tələbə ilə ikinci, Bakı Dövlət Universiteti 289 tələbə ilə üçüncü sırada yer alıb. Azərbaycan İdman Akademiyasından 277, Bakı Avrasiya Universitetindən 275 tələbə TTK-dan yararlanıb.

Digər ali təhsil müəssisələri üzrə göstəricilər belədir: Azərbaycan Texniki Universiteti- 220, Azərbaycan Dövlət Pedaqoji Universiteti- 218, Azərbaycan Dillər Universiteti- 204, Azərbaycan Universiteti- 204, Azərbaycan Memarlıq və İnşaat Universiteti- 196 tələbə.

 Qeyd edək ki, məlumatlar 3 avqust-24 sentyabr 2026-cı il tarixlərini əhatə edir.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox