Azedu.az

Ortalaması 70-dən aşağı olan tələbə diplom ala bilmir? - RƏSMİ CAVAB

Ali təhsil

25 Sentyabr 2026, 14:27
Ortalaması 70-dən aşağı olan tələbə diplom ala bilmir? - RƏSMİ CAVAB

Xəzər Universitetində bakalavr dərəcəsi almaq üçün tələbələrin ümumi orta qiymətinin, eləcə də ixtisas fənləri üzrə orta qiymətinin (GPA) 70-dən aşağı olmaması tələb olunur.

Universitetin bakalavr pilləsi üzrə müəyyən etdiyi tələblərə əsasən, tələbələr ixtisasından asılı olaraq ən azı 40 fənn oxumalı və 128-140 kredit toplamalıdır. Bununla yanaşı, universitet tələbləri üzrə ən azı 27, ümumtəhsil tələbləri üzrə isə ən azı 21 kredit toplamaq tələb olunur.

Qaydalara əsasən, tələbənin həm ümumi GPA-sı, həm də ixtisas fənləri üzrə GPA-sı 70-dən aşağı olmamalıdır.

Bəs tələbənin məzunluq mərhələsində ümumi və ya ixtisas fənləri üzrə GPA-sı 70-dən aşağı olarsa, bu halda bakalavr diplomunun təqdim edilməsi necə tənzimlənir?

AzEdu.az bu məsələyə aydınlıq gətirmək üçün Xəzər Universitetinə sorğu ünvanlayıb.

Universitetdən sorğumuza cavab olaraq bildirilib ki, tələbə GPA üzrə 70 bal tələbini qarşılamadığı halda, həmin göstəriciyə çatana qədər ona imkan verilir.

“Tələbə tələb olunan 70 orta balı toplamayıbsa, GPA-sı 70-ə çatana qədər ona əlavə imkan yaradılır. Həmin göstəricini əldə etdikdən sonra isə diplomunu ala bilir”, – deyə universitetdən bildirilib.
 

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox