Azedu.az

11 yaşlı şahmatçı tarix yazdı 

Maraqlı

30 Sentyabr 2026, 15:06
11 yaşlı şahmatçı tarix yazdı 

11 yaşlı ingiltərəli şahmatçı Bodhana Sivanandan dünyanın ən gənc qadın qrossmeysteri (WGM) titulunu qazanıb.

AzEdu.az xəbər verir ki, Sivanandan Özbəkistanın Səmərqənd şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında üçüncü və sonuncu WGM normasını tamamlayıb.

Bununla o, 12 yaşında bu titulu qazanan Kateryna Lagnonun rekordunu yeniləyib.

Bodhana Sivanandan Olimpiadada İngiltərə millisinin heyətində 11 oyunda iştirak edib və 8 xal toplayıb. O, turnirdə yalnız bir dəfə məğlub olub.

Qeyd edək ki, Sivanandan şahmata 6 yaşında başlayıb. O, hazırda şahmatın ən yüksək titulu hesab olunan qrossmeyster (GM) normasını əldə etmək üçün də mübarizə aparır.

Putin Azərbaycanlılara niyə qadağa qoydu? - Səbəblər bəlli oldu
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox