Azedu.az

Süni intellektin oxumaqda çətinlik çəkdiyi yazı sistemi hazırlanıb

Araşdırma

18 İyul 2026, 14:42
Süni intellektin oxumaqda çətinlik çəkdiyi yazı sistemi hazırlanıb

İnsanların rahatlıqla oxuya bildiyi, lakin bir çox süni intellekt sisteminin tanımaqda çətinlik çəkdiyi yeni vizual yazı sistemi hazırlanıb.

AzEdu.az xarici mediya istinadən xəbər verir ki, "Ghost Font" (Kabus Şrifti) adlanan eksperimental layihə dizayner və proqramçı Erik Lu tərəfindən hazırlanıb.

Sistem adi şriftlərdən fərqli olaraq, hərəkət effekti, vizual səs-küy və xüsusi naxışlardan istifadə edir. İnsan gözü və beyni bu elementləri birləşdirərək mətni oxuya bildiyi halda, bir çox süni intellekt modeli görüntünü düzgün analiz edə bilmir.

Layihə sosial mediada qısa müddətdə geniş maraq doğurub. Bununla belə, mütəxəssislər bildirirlər ki, Ghost Font süni intellekt üçün tam keçilməz maneə deyil. Layihə yayıldıqdan qısa müddət sonra bəzi tədqiqatçılar uyğun analiz üsulları və xüsusi göstərişlərdən (prompt) istifadə etməklə mətni süni intellektə uğurla oxuda biliblər.

Mütəxəssislərin fikrincə, Ghost Font süni intellektdən tam qorunma vasitəsi deyil, daha çox insan görmə qabiliyyəti ilə kompüter görməsi arasındakı fərqləri nümayiş etdirən eksperimental layihə kimi qiymətləndirilir.

Ceyhun Bayramov Lavrovu MAT QOYDU - Ukrayna müharibəsini pislədi
Son xəbərlərDaha çox