Xankəndi şəhəri və Xocalı rayonu üzrə təhsil sektorunda mühasib vəzifəsinə işə qəbul müsabiqəsi elan edilib.
Bu barədə AzEdu.az-a Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.
Müsabiqə sənədlərin yoxlanılması və müsahibə mərhələlərindən ibarət olacaq.Namizədlərə iş stajı ilə bağlı tələb qoyulmur. Müsabiqədə iştirak etmək üçün müvafiq sahə üzrə orta ixtisas təhsili və ya ali iqtisadi təhsil tələb olunur.
Namizədlər mühasibat uçotunun təşkili, maliyyə və vergi hesabatlarının hazırlanması, mühasibat uçotunun aparılması, hesablar planı və mühasibat yazılışları, sənəd dövriyyəsi, maliyyə-təsərrüfat fəaliyyətinin təhlili, əmək qanunvericiliyi və əməyin mühafizəsi qaydaları üzrə biliklərə malik olmalıdırlar.
Qeydiyyat üçün son tarix: 2 oktyabr 2026-cı il, saat 10:00. //forms.gle/utHozFWiiQGoHzKZ9
Bildirilib ki, Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə köçmüş və ya hazırda həmin ərazilərdə yaşayan şəxslərə müsabiqədə iştirak zamanı üstünlük veriləcək.