Azedu.az

Qarabağın şagirdləri bu universitetləri SEÇİR

Qarabağ

8 İyul 2026, 11:19
Qarabağın şagirdləri bu universitetləri SEÇİR

Qarabağ regionu üzrə abituriyentlərin ən çox qəbul olunduqları ali təhsil müəssisələri açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Ağcabədi rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 461 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universiteti olub.

Ağdam rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 651 məzun tələbə adını qazanıb. Abituriyentlərin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Mingəçevir Dövlət Universiteti olub.

Bərdə rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 550 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti olub.

Füzuli rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 400 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisəsi Bakı Dövlət Universiteti olub.

Xocalı rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 19 məzun tələbə adını qazanıb. Abituriyentlərin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Mingəçevir Dövlət Universiteti və Qarabağ Universiteti olub.

Xocavənd rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 59 məzun tələbə adını qazanıb. Jurnalda bu rayon üzrə ən çox qəbul olunan ali təhsil müəssisəsi barədə məlumat verilməyib.

Şuşa rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 98 məzun tələbə adını qazanıb. Jurnalda bu rayon üzrə ən çox qəbul olunan ali təhsil müəssisəsi barədə məlumat yer almayıb.

Tərtər rayonu üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, 183 məzun tələbə adını qazanıb. Rayon abituriyentlərinin ən çox qəbul olunduqları ali təhsil müəssisəsi Qarabağ Universiteti olub.

Məlumatlardan görünür ki, Qarabağ iqtisadi rayonu üzrə abituriyentlərin ən çox qəbul olunduqları ali təhsil müəssisələri Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Mingəçevir Dövlət Universiteti və Qarabağ Universiteti olub. Regionun əksər rayonlarında Bakı Dövlət Universiteti abituriyentlərin əsas seçimləri sırasında yer alıb. Ağcabədi və Ağdam rayonlarında Azərbaycan Dövlət Pedaqoji Universiteti, Ağdam və Xocalıda Mingəçevir Dövlət Universiteti, Tərtərdə isə Qarabağ Universiteti daha çox seçilən ali təhsil müəssisələri sırasında qərarlaşıb.

Türkiyədə Trampdan şok qərar - İrana ağır zərbə endirin!
Son xəbərlərDaha çox