Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-18 17:48:00
Magistratura üzrə plan yerlərinin 92.83 %-i dolub

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələrinə əsasən bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ayrılmış 11 min 135 yerin 92.83 faizi dolub.

 

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, ancaq ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı kitabxanaçılıq, dinşünaslıq və xoreoqrafiya sahələrinə aid 45, 51, 69 saylı proqramlara ayrılmış plan yerlərinin 40 faizdən çoxu boş qalıb. Bu proqramlar üzrə plan yerlərinin dolmayacağı məlum idi. Ümumiyyətlə, qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi.