Bu il ali məktəblərin magistratura pilləsinə qəbul olunmuş şəxslər 3 avqust saat 15:00-dan elektron qaydada //my.gov.az/ platformasında qeydiyyatdan keçməlidirlər.
AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi bəyan edib.
Qeydiyyat 12 avqust saat 18:00-dək aparılacaq.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq və qəbul oluna bilməyən bakalavrlar yenidən seçim edə biəcəklər.
Bu il ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur.