Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-26 15:39:00
Dərsdənkənar məşğələ saatları azaldılıb? – Nazirlikdən təlimat

 

 

AzEdu.az  mütəmadi olaraq şagird, müəllim və valideynləri maraqlandıran məqamlarla bağlı yazılar yayımlamaqda davam edir.

 

Müəllim, direktor və valideynləri maraqlandıran məsələlərdən biri də dərsdənkənar məşğələlər üçün neçə saatın ayrılması ilə bağlıdır.

 

AzEdu.az məlumat verir ki, pandemiya vəziyyətindən asılı olmayaraq dərsdənkənar məşğələ saatlarının miqdarında azaldılma olmayıb.

 

 Ötən ildə olduğu  kimi 2020-2021-ci tədris ilində orta ümumtəhsil müəssisələrinin I – VII siniflərində dərsdənkənar məşğələlər üçün 1, VIII – XI siniflərində isə 2 saat dərs yükü ayrılıb.

 

Şagirdlərin XI sinifdə ümumi fənlər üzrə dərs yükü Azərbaycan bölməsində 35, Rus bölməsində isə 37 saat təşkil edir.

 

Qeyd edək ki, dərsdənkənar məşğələ qrupları və dərnəklər şagirdlərin sayı 8 nəfərdən az olmamaqla komplektləşdirilir. Hər hansı sinifdə şagirdlərinin sayı dərsdənkənar məşğələ qrupu təşkil etmək üçün müəyyən edilmiş normadan az olduqda şagirdlərin meyil və marağı nəzərə alınmaqla həmin dərsdənkənar məşğələ qrupuna yaxın siniflərin (məsələn, V-VI, VI-VII, VII-VIII və s.) şagirdlərinin cəlbinə icazə verilir.

AzEdu.az  Azərbaycan bölməsində siniflər üzrə dərsdənkənar məşğələlərin yekun miqdarını təqdim edir:

I sinif -22 s.

II sinif -23 s.

III sinif -25 s.

IV sinif -25 s.

V sinif-26 s.

VI sinif -30 s.

VII sinif -32 s.

VIII sinif -34 s.

IX sinif -34 s.

X sinif -35 s.

XI sinif-35 s.