Azedu.az

"Təhsil işçilərinin iclasında ilk dəfədir ki, real problem haqqında söhbət getdi" -Məleykə Abbaszadə 

Orta təhsil

11 Sentyabr 2026, 12:01
"Təhsil işçilərinin iclasında ilk dəfədir ki, real problem haqqında söhbət getdi" -Məleykə Abbaszadə 

"Biz yalnız rəqəmləri görürük, o uşaqları tanımırıq".

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib.

Məleykə Abbaszadə qeyd edib ki, ölkə səviyyəsində əldə olunan nəticələr əsasında təhsil strategiyasının  müəyyənləşdirilməsi mümkün olsa da, konkret məktəb və fərdi şagird səviyyəsinə keçdikdə yanaşmalar fərqli ola bilər.

O, Təhsil İnstitutunun təqdim etdiyi monitorinq nəticələrinin onda böyük təəssürat yaratdığını bildirib. DİM sədri vurğulayıb ki, təqdimatlarda yalnız rəqəmlər və gələcək planlar deyil, real problemlər, onların səbəbləri və konkret məlumatlar əks olunub.

“İlk dəfədir ki, təhsil işçilərinin iclasında təkcə hansısa rəqəmlər, ‘biz bunu bacarırıq, gələcəkdə bunu edəcəyik’ deyil, real problemlər, onların kökü və real datalar haqqında söhbət getdi. 

Təhsil İnstitutunun monitorinqlə əlaqədar təqdim etdiyi materiallar mənə çox böyük təsir göstərdi”, – deyə Məleykə Abbaszadə bildirib.


DİM sədri qeyd edib ki, qurum tərəfindən 30 ildir müxtəlif imtahan və proseslərdən sonra elmi-statistik təhlillər aparılır. Onun sözlərinə görə, “Abituriyent” jurnalının hər il 12 nömrəsi dərc olunur və imtahan nəticələri müxtəlif aspektlərdən təhlil edilərək ictimaiyyətə təqdim edilir.

 

“Biz bu təhlili aparanda yalnız rəqəmləri görürük. Biz bilmirik, o uşaqları tanımırıq və məktəblərdə olmamışıq. İmtahandan sonra olan nəticələri təhlil edirik və sonra o rəqəmləri ictimaiyyətə təqdim edirik”, – deyə Məleykə Abbaszadə vurğulayıb.


O bildirib ki, məktəb və şagird səviyyəsində aparılan daha detallı monitorinqlər təhsil nəticələrinin arxasında dayanan səbəbləri müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.

Rusiyaya dəhşətli hücum başladı - Ukrayna raketlərlə bombalayır
Son xəbərlərDaha çox