Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-18 11:37:00
Bağçalara qəbul bu formada həyata keçirilir

 

 

AzEdu.az  “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununa istinadən uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu  qaydalarını təqdim edir.

 

 Məktəbəqədər təhsil müəssisəsinə 1 yaşdan 6 yaşadək (6 yaş daxil olmaqla) uşaqlar qəbul edilirlər. Məktəbəqədər təhsil müəssisəsinin uşaqlarla komplektləşdirilməsi zamanı uşaq kontingenti məktəbəqədər təhsil müəssisəsinin növünə və uşaqların yaşına uyğun formalaşdırılır:

2.1. körpələr evi                            - 1 yaşdan 3 yaşadək;

2.2. körpələr evi-uşaq bağçası    - 1 yaşdan 6 yaşadək;

2.3. uşaq bağçası                           - 3 yaşdan 6 yaşadək.

 

 

Qrupların komplektləşdirilməsi hər ilin may ayından başlayaraq sentyabr ayınadək, uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu iyunun 1-dən avqustun 31-dək həyata keçirilir, boş yerlərə qəbul isə il ərzində aparılır.

 

Uşaqların məktəbəqədər təhsil müəssisəsinə qəbulu üçün aşağıdakı sənədlər tələb olunur:

  1. müəssisənin müdirinin adına ərizə (ərizənin nümunəsi əlavə olunur);
  2. valideynin və ya digər qanuni nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  3. uşaqların mübadilə vərəqəsi;
  4. uşağın doğum haqqında şəhadətnaməsinin surəti;
  5. uşağın 3x4 sm ölçüdə 2 ədəd fotoşəkli;
  6. uşağın sağlamlığının vəziyyəti barədə tibbi arayış;
  7. vərəm infeksiyasının erkən başlanğıc dövrü, kiçik və sönən formalı vərəmli uşaqlar üçün nəzərdə tutulmuş sanator tipli məktəbəqədər təhsil müəssisəsinə uşaqların qəbulu üçün vərəm əleyhinə dispanser, dispanser olmadıqda isə rayon (şəhər) mərkəzi xəstəxanası tərəfindən verilmiş göndəriş.

 

Məktəbəqədər təhsil müəssisəsində yalnız boş yer olmadığı halda, uşaqların müəssisəyə qəbul edilməsindən imtina oluna bilər. Əks halda, uşağın məktəbəqədər təhsil müəssisəsinə qəbul edilməsindən imtina olunması valideynə və ya digər qanuni nümayəndəyə bu barədə təsisçiyə şikayət etmək hüququ verir.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının vətəndaşı olan uşaqlarla Azərbaycan Respublikasında yaşayan əcnəbi və vətəndaşlığı olmayan məktəbəqədər yaşlı uşaqların məktəbəqədər təhsil müəssisələrində bərabər şərtlərlə təhsil almaları təmin edilir.