Azedu.az

Özəl bağçalarda ali təhsilli müəllimlərin sayı AÇIQLANDI

Məktəbəqədər təhsil

7 Sentyabr 2026, 11:20
Özəl bağçalarda ali təhsilli müəllimlərin sayı AÇIQLANDI

Azərbaycanda son illərdə qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin sayında və onların təhsil səviyyəsində artım müşahidə olunur.

AzEdu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlara əsasən, 2006-2025-ci illər ərzində qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji işçilərin sayı əhəmiyyətli dərəcədə artıb.

Belə ki, 2006-cı ildə bu müəssisələrdə cəmi 60 pedaqoji işçi çalışıb. Onların 78,3 faizi ali təhsilli, 80,9 faizi pedaqoji ixtisaslı, 50 faizi isə məktəbəqədər təhsil sahəsi üzrə ali təhsilə malik olub.

2011-ci ildə pedaqoji işçilərin sayı 197 nəfərə yüksəlib. Onların 69 faizi ali təhsil alıb. Pedaqoji ixtisaslıların payı 88,2 faiz, məktəbəqədər təhsil üzrə ixtisaslaşanların payı isə 59,4 faiz təşkil edib.

2016-cı ildə pedaqoji heyətin sayı 515 nəfər olub. Onların 75 faizi ali təhsilli, 93,2 faizi pedaqoji ixtisaslı, 65 faizi isə məktəbəqədər təhsil sahəsində ixtisaslaşıb.

2021-ci ildə qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrində 875 pedaqoji işçi çalışıb. Onların 78,9 faizi ali təhsillidir. Pedaqoji ixtisaslıların payı 91,4 faiz, məktəbəqədər təhsil üzrə ixtisaslaşanların payı isə 73 faiz olub.

2024-cü ildə pedaqoji işçilərin sayı 1139 nəfərə çatıb. Onların 78 faizi ali təhsillidir. Pedaqoji ixtisaslıların payı 91,9 faiz, məktəbəqədər sahə üzrə ixtisaslaşanların payı isə 73,2 faiz təşkil edib.

2025-ci ildə isə pedaqoji heyətin sayı 1218 nəfər olub. Onların 81,8 faizi ali təhsillidir. Pedaqoji ixtisaslıların payı 90,6 faiz, məktəbəqədər təhsil üzrə ixtisaslaşanların payı isə 66 faiz təşkil edib.

Müdirlərin də əksəriyyəti ali təhsillidir

2006-cı ildə cəmi 3 müdir çalışıb və onların hamısı ali və pedaqoji təhsilə malik olub.

2011-ci ildə müdirlərin sayı 15, 2016-cı ildə isə 32 nəfər təşkil edib. 2016-cı ildə onların 93,8 faizi ali, 87,5 faizi isə pedaqoji təhsilli olub.

2021-ci ildə müdirlərin sayı 130 nəfərə çatıb. Onların 96,2 faizi ali təhsil alıb. Pedaqoji ixtisaslıların payı 84,6 faiz, məktəbəqədər təhsil üzrə ixtisaslaşanların payı isə 76,9 faiz olub.

2024-cü ildə 140 müdirin 92,9 faizi ali təhsilli olub. Onların 84,3 faizi pedaqoji, 75,4 faizi isə məktəbəqədər sahə üzrə ixtisaslaşıb.

2025-ci ildə müdirlərin sayı 153 nəfər olub. Onların 97,4 faizi ali təhsillidir. Pedaqoji ixtisaslıların payı 87,6 faiz, məktəbəqədər təhsil üzrə ixtisaslaşanların payı isə 75,2 faiz təşkil edib.

Tərbiyəçilərin sayı da artıb

2006-cı ildə 30 tərbiyəçi çalışıb. Onların 75 faizi ali təhsilli, 83,3 faizi pedaqoji, 72 faizi isə məktəbəqədər təhsil üzrə ixtisaslı olub.

2011-ci ildə tərbiyəçilərin sayı 141 nəfərə, 2016-cı ildə isə 398 nəfərə yüksəlib. Ali təhsilli tərbiyəçilərin payı müvafiq olaraq 75,2 faiz və 73,6 faiz olub. Pedaqoji ixtisaslıların payı isə 92,2 faiz və 93 faiz təşkil edib.

2021-ci ildə 689 tərbiyəçi çalışıb. Onların 77,8 faizi ali təhsillidir. Tərbiyəçilərin 92,9 faizi pedaqoji, 68,1 faizi isə məktəbəqədər təhsil üzrə ixtisaslaşıb.

2024-cü ildə tərbiyəçilərin sayı 859 nəfər olub. Onların 78,6 faizi ali təhsil alıb. Pedaqoji ixtisaslıların payı 93,2 faiz, məktəbəqədər təhsil üzrə ixtisaslaşanların payı isə 69,1 faiz təşkil edib.

2025-ci ildə isə 933 tərbiyəçidən 80,5 faizi ali təhsilli olub. Onların 92,8 faizi pedaqoji, 68,4 faizi isə məktəbəqədər sahə üzrə ixtisaslaşıb.

Beləliklə, 2006-2025-ci illər ərzində qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətin sayı 60 nəfərdən 1218 nəfərə yüksəlib. Bu dövrdə pedaqoji heyətin sayının təxminən 20 dəfə artması ilə yanaşı, ali və pedaqoji təhsilə malik əməkdaşların payında da ümumilikdə yüksək göstəricilər qeydə alınıb.

Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab
Son xəbərlərDaha çox