Azedu.az

Daha çox uşaq bağçaya gedə biləcək

Məktəbəqədər təhsil

4 Sentyabr 2026, 11:12
Daha çox uşaq bağçaya gedə biləcək

"Azərbaycanda məktəbəqədər təhsilin əhatəsinin 50 faizə çatdırılması hədəflənib".

AzEdu.az xəbər verir ki, bunu PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşündə Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən, nazir müşaviri Elnur Əliyev deyib.

O bildirib ki, ölkə rəhbərliyi tərəfindən strategiya 2022-ci ildə təsdiqləndikdən sonra növbəti 5 il üçün əsas strateji fəaliyyət istiqamətləri və onların nəticələrinin ölçülməsi müəyyənləşdirilib.
Elnur Əliyevin sözlərinə görə, təhsil sistemi ilə bağlı əsas strateji hədəflərdən biri məktəbəqədər təhsilin əhatəsinin artırılması olub:

"Məktəbəqədər təhsilin əhatəsini təxminən 30-35 faizdən 50 faizə çatdırmağı hədəfləmişdik".

O qeyd edib ki, ümumi təhsil üzrə əsas hədəflərdən biri isə PISA nəticələrinin yaxşılaşdırılmasıdır.

"Ölkə miqyasında müəyyən olunmuşdu ki, PISA nəticələri yaxşılaşdırılmalıdır. PISA ölkənin təhsil sistemində vəziyyətin necə olduğunu, irəliləyişin və ya geriləmənin olub-olmadığını ölçmək üçün mühüm göstəricidir",- deyə Elnur Əliyev bildirib.

SON DƏQİQƏ! Rusiya bombalanır - Dəhşətli partlayışlar
Son xəbərlərDaha çox